Previous Next
Bağla

“Digital Impact 2026” tədbiri keçirilib

16-11-2026 16:35
“Digital Impact 2026” tədbiri keçirilib

“Digital Impact 2026” tədbirində texnoloji və yaşıl transformasiyanın müəssisələrin fəaliyyətinə müsbət təsiri, bu istiqamətdə tətbiq olunan praktik həllər və real təcrübələr müzakirə edilib.

Xeberler.az məlumat verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin “MEXT Texnologiya Mərkəzi” tərəfindən sənaye müəssisələrinin transformasiyasına həsr olunmuş “Digital Impact 2026” tədbiri keçirilib. Tədbirin əsas məqsədi texnoloji və yaşıl transformasiyanın sənaye müəssisələrinin fəaliyyətinə, məhsuldarlığına və rəqabət qabiliyyətinə təsiri ilə bağlı təcrübə mübadiləsinin aparılması, həmçinin praktik tətbiq nümunələrinin müzakirəsi olub. Tədbirdə “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbər şəxsləri və transformasiya üzrə məsul mütəxəssisləri, digər yerli şirkətlərin nümayəndələri, eləcə də sənayenin müasir çağırışlarına uyğun akademik tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və elm-sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə yerli universitetlərin və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” barədə iştirakçılara məlumat verib. Bildirib ki, proqram yerli müəssisələrdə texnoloji və yaşıl transformasiyanın təşviqinə, texnoloji yetkinliyin artırılmasına və transformasiya təşəbbüslərinin praktik tətbiqinə dəstək göstərir.

MEXT Texnologiya Mərkəzinin nümayəndələri Türkiyədə sənaye müəssisələrinin rəqəmsal, yaşıl və süni intellekt əsaslı transformasiyası üzrə təcrübələrini bölüşüblər. Mərkəzin müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, transformasiya yol xəritələrinin hazırlanması, qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi və mütəxəssislərin bacarıqlarının inkişafı istiqamətlərində fəaliyyəti barədə məlumat verilib. Həmçinin Türkiyədən praktik nümunələr əsasında süni intellekt həllərinin istehsalın səmərəliliyinin artırılmasına, avadanlıqların boşdayanma müddətlərinin və enerji sərfiyyatının azaldılmasına müsbət təsiri nümayiş etdirilib.

Daha sonra “İnsan və texnologiya vəhdəti” mövzusunda panel müzakirəsi keçirilib. SOCAR Karbamid zavodunun, “Azerfloat”, “Veysəloğlu” və “Azərsun Holdinq” şirkətlərinin transformasiya təcrübələri iştirakçılarla bölüşülüb. Müəssisələrin transformasiya prosesində qarşılaşdıqları çağırışlar, seçdikləri yanaşmalar və əldə etdikləri nəticələr müqayisəli şəkildə təqdim edilib.

Müzakirələrdə, həmçinin, transformasiyanın yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmadığı, idarəetmə yanaşmasının, təşkilati hazırlığın, insan kapitalının və dəyişikliklərin idarə olunmasının da prosesin nəticələrinə birbaşa təsir göstərdiyi vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

24-06-2026
4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

08-07-2026
4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində müraciətlərin qəbuluna başlanılıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində müraciətlərin qəbuluna başlanılıb

08-10-2026
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

01-06-2026
Sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

13-11-2026
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026
4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025
4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026
Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024
“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025
WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə