Previous Next
Bağla

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

01-06-2026 14:47
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”:üzrə görüşlər yekunlaşıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində proqrama qoşulan müəssisələrin rəhbərliyi ilə yol xəritələrinin icra mərhələsinə dair görüşlər yekunlaşıb.

Xeberler.az məlumat verir ki, görüşlər zamanı 4SİM və tərəfdaş qurumların nümayəndələri tərəfindən müəssisələrin icra mərhələsi üzrə sualları cavablandırılıb, prioritetləşdirilmiş layihələrin həyata keçirilməsi, zaman çərçivələri, rəqəmsal həllərin tətbiqi və transformasiya proseslərinin mərhələli icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, müəssisələrə implementasiya mərhələsində ekspert dəstəyinin davam etdiriləcəyi bildirilib.

“Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində icra olunan proqramın cari mərhələsində metallurgiya, qida sənayesi, ağır sənaye, tikinti və pərakəndə satış kimi müxtəlif sahələri təmsil edən 15 yerli müəssisə iştirak edir. Proqram çərçivəsində müəssisələrdə texnoloji və yaşıl diaqnostika aparılıb, rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilib və hər bir müəssisə üçün fərdiləşdirilmiş rəqəmsal transformasiya üzrə yol xəritələri hazırlanıb. Qiymətləndirmə nəticəsində müəssisələr üzrə ümumilikdə 400-dən çox potensial tətbiq nümunəsi (use-case) müəyyən edilib, onlardan 80-ə yaxını texniki-iqtisadi əsaslandırma ilə prioritetləşdirilərək icra mərhələsinə keçirilib.

Hazırlanan yol xəritələri çərçivəsində müəssisələrdə istehsal və planlama proseslərinin rəqəmsallaşdırılması, ERP-istehsalat sistemlərinin inteqrasiyası, real vaxt rejimində istehsalat monitorinqi, rəqəmsal keyfiyyət idarəetməsi, anbar və təchizat zəncirinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət, enerji idarəetməsi və rəqəmsal performans idarəetmə sistemlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, süni intellekt əsaslı həllər vasitəsilə tələbin proqnozlaşdırılması, vizual keyfiyyət yoxlaması, istehsalatda anomaliyaların aşkarlanması, süni intellekt dəstəkli qərarvermə panelləri və proses optimallaşdırılması kimi tətbiqlər də proqramın əsas transformasiya istiqamətlərindəndir.

Proqram çərçivəsində müxtəlif müəssisələrdə artıq Sİ əsaslı istehsalat assistenti, Sİ ilə qaynaq keyfiyyətinə nəzarət, proseslərin avtomatlaşdırılması, ağıllı texniki xidmət sistemləri və enerji optimallaşdırma həlləri kimi layihələr prioritetləşdirilib.

Qeyd edək ki, strategiyanın əsas təşəbbüslərindən biri olan proqram çərçivəsində 2030-cu ilədək ümumilikdə 65 müəssisənin Sənaye 4.0 transformasiya proseslərinə cəlb olunması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026
“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025
“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025
Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025
4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026
4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025
4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024
“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025
“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

05-06-2026
4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

29-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə