Previous Next
Bağla

“SİMA Token”lə bağlı imkanlar genişləndirildi

18-04-2022 12:11
“SİMA Token”lə bağlı imkanlar  genişləndirildi

Rəqəmsal transformasiya ilə bağlı elektron imzalara artan tələbatın ödənilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri təkmilləşdirilib. Mərkəzi “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətlərində xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib.

Xeberler.az məlumat verir ki, vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən təkmilləşdirmə işləri sayəsində “SİMA Token”in verilməsi prosesinin sürətləndirilməsi, eləcə də daha operativ və keyfiyyətli xidmət göstərilməsi mümkün olacaq. Həmçinin bundan sonra Müştəri Xidmətlərində vətəndaş, sahibkar və hüquqi şəxslərlə yanaşı, dövlət qurumlarına da xidmət göstəriləcək.

Məlumat üçün bildirək ki, “SİMA Token” “AzInTelecom” MMC-nin “Elektron imza”nın bazasında yeni yaratdığı “SİMA” rəqəmsal imza platformasına daxildir. İndiyədək “Elektron imza” adı altında təqdim olunan imza sertifikatının funksionallığı dəyişməyib. “SİMA Token”ə “Elektron imza” ilə bağlı şərtlər və qaydalar çərçivəsində sahib olmaq olar.

İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan “SİMA Token”i vətəndaşlar, hüquqi şəxslər, eləcə də sahibkarlar və dövlət qurumları əldə edə bilərlər. 3 iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə onlayn müraciət imkanı da mövcuddur. Belə ki, lazım olan sənədlərə token.sima.az saytı vasitəsilə müraciət etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşmaq lazımdır.

Bundan əlavə, imza sertifikatının itirilməsi, oğurlanılması, texniki zədələnməsi və bu kimi digər hallarda da qeyd edilən ünvanlara müraciət olunmalıdır.

Məlumat üçün bildirək ki, “AzInTelecom” Müştəri Xidmətləri Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72 ünvanındakı 1 saylı “Şəbəkə” ofisində yerləşir. Müştəri Xidmətləri həftə içi hər gün, eləcə də bayram günləri saat 09:00-dan 18:00-a kimi işləyir.

Qeyd edək ki, “SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri yalnız “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

28-07-2022

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

Bütün qurumlar üçün “SİMA Token”i onlayn sifariş etmək imkanı yaradılıb

04-12-2025

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

10-10-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

16-07-2025

“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

08-08-2024

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə