Previous Next
Bağla

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

10-10-2024 12:19
“SİMA Token”in onlayn sifarişi mümkün oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC vətəndaşlar və sahibkarlar üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanını yaradıb. Artıq istənilən vaxt www.sima.az saytı vasitəsilə “SİMA Token” elektron imzasını sifariş etmək mümkündür.

Xeberler.az bildirir ki, vətəndaşlar sifariş prosesini uğurla tamamlamaq üçün saytda onlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş üçün müqavilə “SİMA İmza” ilə imzalanır. Vətəndaşlar üçün 3 illik Token imzasının məbləği 18 AZN təşkil edir.

Sahibkarlar isə “SİMA Token” imzası sifariş etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi “SİMA İmza” ilə imzalanır. Sahibkarlar üçün 3 illik Token imzasının məbləği 36 AZN-dir.

Qeyd edək ki, buna qədər “SİMA Token” sifariş etmək üçün vətəndaşlar və sahibkarlar xidmət məntəqəsinə getməli olurdular. İndi isə imzanı onlayn sifariş etməklə istifadəçilər satış məntəqələrinə getmədən və növbə gözləmədən vaxta qənaət edirlər. Elektron imza hazır olduqdan sonra isə onu təhvil almaq üçün seçdikləri poçt məntəqəsinə yaxınlaşmaq kifayətdir.

“SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkaredilməzlikdir. Tokendən elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka krediti müraciətlərində, elektron məhkəmə sistemi, mobil notariat, ƏMAS, bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.

“SİMA Token”dən istifadə üçün ardıcıl olaraq imzalayıcı proqram təminatını, “driver”i və mərkəzi sertifikatı yükləyib quraşdırmaq lazımdır. Daha sonra “SİMA Token”i kompüterə qoşmaqla istənilən sənədi onlayn qaydada imzalamaq mümkündür. Elektron imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bütün qurumlar üçün “SİMA Token”i onlayn sifariş etmək imkanı yaradılıb

04-12-2025

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri yalnız “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

28-07-2022

“SİMA Token”lə bağlı imkanlar genişləndirildi

18-04-2022

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

08-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə