3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018 / 11:11

Azərbaycanın ilk 3D oyun müsabiqəsinin  final mərasimi keçiriləcək.

Bu barədə Xeberler.az-a Hackathon Azerbaijan komandasından məlumat verilib.

Qeyd edilib ki, final mərasimindən öncə müsabiqə iştirakçıları münsiflər qarşısında xüsusi təqdimatlarla çıxış ediblər.

3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edən Game Jam müsabiqəsində ilk olaraq iştirakçılar üçün xüsusi təlimlər keçirilib.

Qərbi Kaspi Universitetinin tədris binasındanNoyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.

Təlimlərdən sonra iştirakçılar tərəfindən oyunlar yazılıb və 7 yanvar tarixində onlar münsiflər heyətinə nümayiş olunub.

Münsif səsverməsindən sonra isə finala vəsiqə qazanan komandalar aşağıdakılar olub:

1.Komanda: hiVooby

Oyunun adı: hiVooby

Browser oyunu

 

2.Komanda: Mad Bots

Oyunun adı: Stolen Crown

PC oyunu (exe)

         

3.Komanda: Punks

Oyunun adı: Simple Cars

PC oyunu (exe)

         

4.Komanda: Fire Wings

Oyunun adı: Cartoon City

PC oyunu (exe)

 

5.Komanda: LC Game studio

Oyunun adı: Mirror Man

Mobile oyun (APK)

 

6.Komanda: Orient

Oyunun adı: Adam's Break

PC oyunu (exe)

 

7.Komanda: Oksade

Oyunun adı: IMKANSIZ

PC oyunu (exe)

2018-ci ilin yanvar ayının 12- də müsabiqənin final mərasimi və qalib komandaların mükafatlandırılması planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Müsabiqə Azərbaycanda ilk hackathon yarışmalarının təşkilatçısı olan Hackathon Azerbaijan komandası, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.