Previous Next
Bağla

3D oyun sahəsində yarışa qeydiyyat başladı

01-11-2017 11:14
 3D oyun sahəsində yarışa qeydiyyat başladı

Azərbaycanda ilk Hackathon yarışmalarının təşkilatçısı olan “Hackathon Azerbaijan” komandası 3 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

 Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata  görə, bu gündən “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti, sayca 8-ci müsabiqəyə start verilir.

“IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən budəfəki müsabiqə "Game Jam" adlanır. Müsabiqənin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır.

 Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

"Game Jam" müsabiqəsinə qeydiyyat noyabrın 17-nə qədər bu sayt üzərindən aparılacaq.

Seçim turundan müvəffəqiyyətlə keçən komandalara noyabr - dekabr aylarında Qərbi Kaspi Universitetinin tədris binasında mövzu ilə əlaqədar təlim və seminarlar keçiləcək.

2018-ci ilin yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Game Jam müsabiqəsinə qeydiyyat davam edir

15-11-2017

3D oyunlarla bağlı təlimlər başladı

21-11-2017

Win Phone 2 müsabiqəsinə start verildi

21-01-2013

Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

18-02-2012

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018

Game Jam müsabiqəsinin qalibləri-Foto

15-01-2018

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Nazir müavini: Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”

13-03-2013

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

Global Game Jam bu dəfə Azərbaycanda baş tutacaq

21-01-2021

Proqramçılar yarışa çıxır

26-10-2018

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

«WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib

15-03-2013

Azərbaycanda ilk dəfə Global Game Jam keçiriləcək

12-01-2021

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019

Gəncədə Hackathon-a start verilib

23-09-2019

Şəkidəki INNOLAND-də Hackathon-a start verildi

22-07-2019

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə