Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

28-02-2022 / 14:21
Ukraynanın İT şirkəti düşmən saytlarını bloklayan kompüter oyunu hazırlayıb.
 
Xeberler.az bildirir ki, döyüşlərdən uzaqda yerləşən Lvov şəhərinin IT mütəxəssisləri Playforukraine.live (“Ukrayna üçün oyun oyna”) brauzer oyunu hazırlayıblar.
 
Mütəxəssislər bu oyunu, evdə oturaraq Ukraynaya necə kömək edə biləcəyini düşünənlər üçün, xüsusən də uşaqlar və gənclər üçün hazırlayıb.
 
Belə ki, oyunçudan adi hesab biliyi tələb edən oyunun məntiqi elə qurulub ki, oyunçunun hər bir hərəkəti Rusiyaya məxsus bəlli internet resurslara trafik axını yaradır, nəticədə isə bu internet resurslar tab gətirməyərək bloklanır.
 
Bir saatlıq oyunda bir oyunçu saytları bloklamaq üçün təxminən 20.000 sorğu göndərir. Hansı saytların hücuma məruz qalacağı açıqlanmayıb. Ukraynadan bu oyunu oynamaq istəyənlərə İP-ni gizlətmək üçün VPN-dən istifadə tövsiyə edilib.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə