ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

10-01-2018 / 11:00

Məlumat veriyimiz kimi, ötən günlərdə SpaceX şirkəti ABŞ hökumətinin sifarişi ilə Zuma adlı peyki kosmosa buraxdı.

Lakin şikətin bu missiyası uğurlu olmayıb. Belə ki, Rusiyanın 25 milyonluq peyki kimi Zuma da yoxa çıxıb.

Xeberler.az The Wall Street Journal-na istinadən bildirir ki peykdən xəbər almaq mümkün deyil.

Belə ki, içində ABŞ-a məxsus sirr dolu yük olan peykin harada olduğu məlum deyil.

Qeyd edək ki, Zuma Northrop Grumman şirkəti tərəfindən inşa edilib. Onun Falcon 9-dan ayrılmasını təmin etmək üçün batareya da şirkət tərəfindən hazırlanıb.

Mütəxəssislər iddia edir ki, Zuma vəzifəsini icra edə bilməyib. Ola bilər ki, peyk yerə enib və ya kosmosda yoxa çıxıb. Buna səbəb isə batareyanın doğru çalışmaması ehtimalı göstərilir.

SpaceX məxfi peyklə bağlı hər hansı rəsmi açıqlama verməyəcəklərini bildirib.\

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.