Previous Next
Bağla

Osman Gündüz: Ermənistanın peyki var, yoxsa icarəyə götürüb ?

02-06-2022 11:09
Osman Gündüz: Ermənistanın peyki var, yoxsa icarəyə götürüb ?

Ötən həftə Paşinyan Ermənistanın ilk peykinin orbitə qaldırılması ilə bağlı açıqlama verib.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində bu barədə paylaşım edib.

“Onun bu açıqlamasından sonra Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqları yaranıb. Səbəb isə ondan ibarətdir ki, heç bir ciddi peyk qurumlarında Paşinyanın səsləndirdiyi peykin həqiqətən Ermənistana məxsus olması haqqında qeyd yoxdur.

Bir qədər araşdırdıqda isə ortaya maraqlı faktlar çıxır.

Ermənistana məxsus olduğu iddia edilən, yerin müşahidə peykinin “SpaсeX” tərəfindən orbitə qaldırıldığı bildirilir. Lakin həmin qeyd olunan tarixdə “SpaceX” Almaniyanın “Exolaunch” şirkətinin “Exolaunch Transporter-5” proqramı çərçivəsində hazırladığı onlarla kiçik ölçülü peykələri orbitə qaldırıb. Bu peyklərin məxsus olduğu ölkələrin adları da qurumun rəsmi saytında açıqlanıb. Orada Ermənistanın adı yoxdur.

Həmin siyahıda Ermənistanın iddia etdiyi “Urdaneta –ArmSat1” peykinin isə əslində İspaniyaya məxsus olduğu görünür. Yəni peyki hazırlayan “Exolaunch” bildirir ki, peyk İspaniyanın “Santlantis” şirkəti tərəfindən sifariş edilib. “Santlantis” bildirir ki, peyk banklardan götürülən kredit əsasında hazırlanıb. Paşinyan isə peykin Ermənistanın “Geokosmos” qurumu ilə həmin “Santlantis” arasında baş tutan əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir.

Beləliklə, buradan belə qənaətə gəlmək olur ki, adı çəkilən peyk İspaniyanın “Santlantis” şirkətinə məxsusdur, “Santlantis” şirkəti tərəfindən idarə olunur və Ermənistan yalnız icarə ilə onun xidmətlərindən bəhrələnə bilər.

“Santlantis” şirkətinin saytında yerləşdirilən “Urdaneta –ArmSat1” peykinin parametrlərinə baxdıqda isə təəccüblənməmək mümkün deyil. İlin-günün bu vaxtında 1.65 m. ayırdetmə parametrinə məxsus peyk hazırlamaq absurddur. Bu o deməkdir ki, peykin iSIM-90 kamerasının yerə göndərdiyi fotolarda, hansısa obyektin və ya hədəfin 1.65 m.-i təsvirdə 1 nöqtə(piksel) olaraq görsənəcək.

Xatırlayıram ki, hətta 1m. ayırdetmə qabiliyyəti 2000-ci illərin əvvəllərinə məxsus olub. Ayırdetmədə hətta 1sm də mühüm əhəmiyyət kəsb edir. Bununla da piksellərin sayı ilə, yerə ötürələn təsvirin, anlaşıqlı desək, tank yoxsa avtomobil olduğunu müəyyən etmək olar.

Azərbaycana məxsus, az qala 10 il bundan öncə hazırlanan “AzerSky” peykinin ayırdetməsi isə 1.5 m.-dir. İndiki zamanda hazırlanan bu tip müşahidə peyklərinin ayırdetməsi isə təxminən 10-15 sm.-dir. Google xəritələrində isə bu parametr təxminən 15 sm.-dək dəyişə bilir. Beləliklə, Paşinyanın Ermənistana məxsus olduğu bildirilən peyk, əslində İspaniyaya məxsusdur. Ermənistan sadəcə onu icarəyə götürüb və hərbi məqsədlər üçün istifadəsi də ağlabatan deyil.

Güman etmək olar ki, Ermənistan bu peykdən məhz hazırda Ermənistan-Azərbaycan sərhəddində aparılan delimitasiya işlərində istifadə etmək niyyətindədir. Ermənistanın nə dərəcədə bundan bəhrələnə biləcəyini isə zaman göstərəcək.

Cəmi 5 il ömrü olduğu bildirilən, 15 kq çəkisi olan bu tip peyklərin çox az bir vəsait (bir neçə yüz min dollar) xərcləməklə hazırlamaq mümkün olsa da, Ermənistanın buna 5 mln $ xərcləməsi də ciddi narazılıq yaradıb. Heç bir beynəlxalq peyk qurumlarında adı getmədən, heç bir peyk idarəetmə mərkəzinə malik olmadan Paşinyanın bu cür açıqlama verməsini isə erməni mediası “Ermənistan da kosmos ailəsinin üzvüdür” demək üçün edildiyini yazırlar”.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

04-12-2023
Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

29-08-2022
Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

10-11-2022
10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023
 	Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

05-11-2010
Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020
 Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

06-11-2010
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib

Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib

08-06-2026
Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010
Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023
ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

10-01-2018
Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

10-09-2020
Azerspace-2 Kuru kosmodromuna gətirilib

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018
“SpaceX”ın 40 peyki sıradan çıxıb

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022
Ekspert: Orbitə buraxılan peyklərin axırı necə olacaq?

Ekspert: Orbitə buraxılan peyklərin axırı necə olacaq?

17-07-2021
Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

11-05-2023
Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018
Azərbaycanın ilk milli süni peyki 2012-ci ilin payızında orbitə çıxarılacaq

Azərbaycanın ilk milli süni peyki 2012-ci ilin payızında orbitə çıxarılacaq

22-10-2010
Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020
Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanıb

Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanıb

22-02-2016
Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019
“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının  müsbət məqamları və riskləri nə olacaq?

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08-02-2013
Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022
1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

18-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə