AİF prezidentə müraciət edib

09-08-2018 / 12:02

Azərbaycan İnternet Forumu “ASAN imza” xidmətinin aylıq abunə haqqı və mobil telefonların qeydiyyat rüsumunun artırılması ilə bağlı prezidentə müraciət edib.

Məlum olduğu kimi bir müddət öncə “ASAN imza”nın aylıq abunə haqqı 150% artırılaraq 2.5 manat müəyyən olunub. Həmçinin də indiyədək 5 manat olan mobil telefonların qeydiyyat rüsumu, telefonun modellərindən asılı olaraq 4 – 30 dəfə artırılıb. 

Müraciətdə qeyd olunub ki adı çəkilən qiymət artımları üçün hər hansı ciddi, əsaslandırılmış arqumentlər irəli sürülməyib və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmayıb.

Müraciətdə “ASAN imza”-nın kütləvi istifadə olunan ictimai əhəmiyyətli bir elektron xidmət olması, dövlət layihəsi əsasında yaradılması, mobil imza sahəsində rəqabətli mühitin olmaması, “ASAN imza”nı əvəzləyəcək daha ucuz əlavə autentifikasiya vasitələrinin olması, qiymət artımının elektron hökumət quruculuğuna və elektron xidmətlərdən istifadəyə mənfi təsir göstərməsi vurğulanıb.

Eyni zamanda mobil telefonların qeydiyyat rüsumunun artırılması ilə bağlı qərarın mobil bazarda bahalaşmanı və   inhisarçılığı gücləndirəcəyi, fərdi sahibkarlığın inkişafına mənfi təsir göstərəcəyi, müasir texnologiyalara və innovasiyalara əlçatımlığın məhdudlaşdıracağı, rəqəmsal hökumət və rəqəmsal cəmiyyət quruculuğuna əngəl yaradacağı, İMEİ kodların qeyri-qanuni olaraq dəyişdirilməsi tendensiyasını   gücləndirəcəyi qeyd olunub. 

Müraciətdə “ASAN imza” xidmətinin aylıq abunə haqlarının 150% qaldırılması və mobil telefonların qeydiyyatı ilə bağlı dövlət rüsumunun 4-30 dəfə qaldırılması qərarının bir daha nəzərdən keçirilməsi və ləğv edilməsinə dair müvafiq tapşırıqlar verilməsi prezidentdən xahiş olunub.


Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.