AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017 / 14:50

 Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər görülür.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanış olmaq məqsədilə YT Park-da olub.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Qeyd edilib ki, müasir tələblərə cavab verən məhsulların istehsal şəraitinə və hərbi təyinatlı layihələri həyata keçirmək üçün yaradılan laboratoriyalara baxış keçirib.

Akademik Akif Əlizadə tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalara transferi və hərbi təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində YT Park-ın fəliyyətini uğurlu nəticə kimi qiymətləndirib.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev,  İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsinin rəisi Zülfüqar Fərzəliyev və digərləri iştirak ediblər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.