Previous Next
Bağla

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017 10:56
AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

Birləşmiş Krallığın Millers Oils LTD şirkətinin icraçı direktoru Jamie Ryan və şirkətin Biznesin inkişafı departamentinin müdiri Martin Gough  AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb.

Xeberler.az-ın məlumatına görə, görüşdə akademik Akif Əlizadə qeyd edib ki, son illərdə AMEA-da innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilib, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılıb.

Elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini deyən Akif Əlizadə Millers Oils LTD şirkəti ilə əməkdaşlıqdan məmnun qalacaqlarını bildirib.

Şirkətin icraçı direktoru Jamie Ryan isə öz növbəsində AMEA ilə əməkdaşlığa önəm verdiklərini və Yüksək Texnologiyalar Parkında yaradılan şəraitdən məmnun qaldıqlarını vurğulayıb.

İcraçı direktor qısa zamanda əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirəcəklərini qeyd edib.

Görüşdə AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik Dilqəm Tağıyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və AMEA Elm və Texnologiya Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Sənan Abdullayev də iştirak ediblər.

Görüşdən əvvəl Millers Oils LTD şirkətinin icraçı direktoru Jamie Ryan və şirkətin Biznesin inkişafı departamentinin müdiri Martin Gough AMEA-nın Yüksək Texnologiyalar Parkında olub, Elmlər Akademiyası ilə şirkət arasında əməkdaşlıq perspektivlərini öyrənmək məqsədilə istehsal prosesi ilə tanış olublar.

AMEA Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri Fətəli Abdullayev şirkətin nümayəndələrinə Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə məlumat verib.

O, bildirib ki, Parkın əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.

Fətəli Abdullayev Texnologiyalar Parkında müxtəlif mühərrik, kompressor və hidravlik yağları, plastik sürtgü materialları kimi 45 adda innovativ məhsulun istehsal olunduğunu qeyd edib.

O, istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiq edən ISO sertifikatlarının alındığını vurğulayıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

İnnovativ məhsulların istehsalata tətbiqi məsələsi müzakirə olunub

06-09-2016

Yüksək Texnologiyalar Parkında yaradılmış innovativ mühiti yüksək qiymətləndirilib

07-01-2021

AMEA YTP-da yeni istehsal müəssisələri yaradılır

12-02-2018

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

AzTU-dan olan nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub

15-02-2019

Akif Əlizadə: “Gənc alimlərin informasiya texnologiyalarına dərindən yiyələnməsi vacibdir”

15-03-2013

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

AMEA Britaniya şirkəti ilə yeni innovativ layihələr hazırlayacaq

20-12-2016

Əli Abbasov yeni vəzifəyə təyin olunub

24-05-2017

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə