Previous Next
Bağla

Yüksək Texnologiyalar Parkında yaradılmış innovativ mühiti yüksək qiymətləndirilib

07-01-2021 18:27
Yüksək Texnologiyalar Parkında yaradılmış  innovativ mühiti yüksək qiymətləndirilib

AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru Elton Məmmədov, Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov, AMEA Prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və AMEA Prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov AMEA Yüksək Texnologiyalar Parkında olublar.

Xeberler.az bildirir ki, AMEA Rəyasət Heyəti nümayəndələri Texnoparkın ərazisi və rezidentləri ilə yaxından tanış olublar. Burada onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış zamanı qonaqlara bu laboratoriyanın imkanları, həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti  barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Qeyd olunub ki, ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq işlər görülür. Bu məqsədlə görülmüş işlərdən biri də “İntertek Azeri LTD” MMC ilə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqavilənin imzalanmasıdır.

Yüksək Texnologiyalar Parkının direktoru Vasif Abbasov çıxış edərək ölkəmizdə dünyada mövcud olan innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, yenilikçi təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə hər zaman böyük dəstək verildiyini bildirib. AMEA-da da bu kimi innovasiyayönümlü tədqiqat və tətbiqi layihələrə xüsusi diqqət yetirildiyini vurğulayan direktor bu istiqamətlərdə rəhbərlik etdiyi müəssisədə görülən işlərdən bəhs edib.

O, Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin həyata keçirildiyini söyləyib.

V.Abbasov Texnoparkın ilk rezidenti olan Təcrübə-Sənaye Zavodunun imkanlarından da bəhs edərək, zavodun yüksək keyfiyyətli sürtkülərin istehsalında son 5 il ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu müəssisə respublikanın yağ təminatının 70 faizə qədərini istehsal etmək potensialına malikdir.

Sonda AMEA Rəyasət Heyətinin nümayəndələri Yüksək Texnologiyalar Parkında beynəlxalq sertifikatlı cihazlar vasitəsilə müasir texnologiyalar əsasında alınan məhsulları, ümumilikdə Parkda yaradılan innovativ mühiti, icra edilən layihələri yüksək qiymətləndiriblər. Həmçinin gələcəkdə Texnoparkın fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022
AzTU-dan olan nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub

AzTU-dan olan nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub

15-02-2019
AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017
AMEA YTP-da hərbi  layihələr üçün laboratoriya yaradılıb

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017
Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi”  fəaliyyətə başlayıb

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
 İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016
AMEA YTP-da yeni istehsal müəssisələri yaradılır

AMEA YTP-da yeni istehsal müəssisələri yaradılır

12-02-2018
YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021
AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017
AMEA-da Magistratura şöbəsi yaradılır

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

12-04-2022
 AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018
AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021
Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023
 “Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti Milli Orduya yardım edib

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti Milli Orduya yardım edib

22-12-2020
AMEA-da Elm və Texnologiya Parkı yaradılır

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə