Previous Next
Bağla

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019 15:34
AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

Azərbaycan Milli Elmlər Akademiyası ilə “Azərkosmos”ASC-nin birgə layihələrinin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Xeberler.az  bildirir ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Azərkosmos”ASC-nin sədr müavini Rövşən Rüstəmov, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və hər iki qurumdan digər nümayəndələr iştirak ediblər.

Təbiri giriş sözü ilə açan akademik İbrahim Quliyev son iki ildə AMEA-nın beş institutunun “Azərkosmos”ASC ilə qrand layihələrdə iştirak etdiyini və müştərək təqdiqatlar istiqamətində mühüm addımlar atıldığını deyib. Görüşdə “Azərkosmos”ASC-nin qrup rəhbəri Aqil Əhmədov təmsil etdiyi qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib. Qrup rəhbəri “Azersky” peykinin xidmətlərindən, optik və radar peyklər vasitəsilə təsvirlərin alınması və onların rəqəmsal emalı, bitki örtüyü xəritəsinin yaradılması və məhsuldarlığının proqnozlaşdırılması, suvarma sistemləri tətbiq olunmuş sahələrin peyk təsvirlərinin əldə edilməsi, respublikanın müxtəlif ərazilərində aparılan kosmik monitorinq, ölkə ərazisində göllərin kadastrının hazırlanması və s. istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

A.Əhmədov təqdimatda AMEA-nın müvafiq institutları ilə birgə həyata keçirilən tədqiqatların əhəmiyyətini xüsusilə vurğulayıb. Bildirib ki, bu tədqiqatlar əsasən bir çox rayonlarda torpaqların şoranlaşmasının, bəzi neft və qaz çıxarılan ərazilərin çirklənməsinin müəyyən edilməsi, işğal olunmuş ərazilərdə filiz yataqlarının monitorinqi və digər birgə görülən işlərdən ibarətdir. Təqdimatda A.Əhmədov təklif olunan əməkdaşlıq istiqamətlərini də sadalayıb.

Qeyd edib ki, bu istiqamətlər kənd təsərrüfatı, ekologiya, coğrafiya, torpaqşünaslıq, geologiya, energetika, neft-qaz, alternativ enerji və başqa sahələri əhatə edir. Tədbirdə “Azərkosmos”ASC-nin sədr müavini Rövşən Rüstəmov akademiyanın ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb. Qeyd olunan sahələrdə tədqiqatların dəstəklənməsinin zəruriliyini bildirərək bu istiqamətdə akademiyanın təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Gələcəkdə kosmosun birgə tədqiqi, nanopeyklərin hazırlanması, kosmik eksperimentlər və s. sahələrdə fəaliyyətin perspektiv planda olduğunu deyib.

Görüşdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Əminağa Sadıqov, siyasi elmlər doktoru Fətəli Abdullayev, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Zoologiya İnstitutunun direktoru, fizika- riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış ediblər. Əldə olunan peyk təsvirlərinin arxivləşdirilməsi və qorunması, bu arxivlərdən tədqiqatçıların istifadə imkanları, topoqrafik deşifrələmə, kosmos siqnallarının təhrif olunmadan alınması, təsvirlərin əldə edilməsi zamanı yerüstü ölçmələr, ərazilərin spektral xassələrinə görə təsnifatı, təbii fəlakətlər zamanı müəyyən vaxt şəraitində ardıcıl müşahidəetmə və digər məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

Azərbaycan alimləri Yaponları geridə qoydular

27-07-2018

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

Test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

13-10-2015

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

“Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusu müzakirə olunub

05-11-2015

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Kosmik sənayenin inkişafı ilə bağlı müzakirələr aparılıb

24-06-2015

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə