Apple iOS 10 əməliyyat sistemini təqdim edib- Fotolar

14-06-2016 / 11:22

Apple şirkəti proqram tərtibatçılarının illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) çərçivəsində Mac kompüterləri üçün yeni əməliyyat sisteminin Sierra adlanacağını açıqlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətində istinadən məlumat verir ki, bildirilib ki, Apple kompüterləri üçün yeni əməliyyat sistemlərinin adı stilistik baxımdan digər qurğuların əməliyyat sistemlərinin adından fərqləndiyinə görə, o bu gündən etibarən macOS adlanacaq.   



Qeyd olunur ki, yeni əməliyyat sistemində bir neçə yenilik də olacaq. Belə ki, bundan sonra istifadəçi əl altında olan iPhone smartfonundakı şəxsi hesabından yararlanaraq parolu daxil etmədən kompüter və ya noutbukdan istifadə edə biləcək.  

Bundan başqa, köhnə sənədlər avtomatik iCloud Storage əlavəsinə göndəriləcək, kompüter ekranında istifadə edilməyən fayllar iPhone ilə sinxronlaşdırılacaq.



Həmçinin konfrans çərçivəsində onuncu nəsil Apple mobil əməliyyat sistemi (iOS 10) təqdim olunub. Sistemə bir neçə yeniliklər edilib. Belə ki, qurğunun iOS 10 əsasında işləyən ekran bloklaması smartfonu stoldan götürən zaman avtomatik yanır. 3D Touch funksiyası sayəsində sistem müvafiq bildirişləri basmaqla birbaşa ekranda müxtəlif proqramları işə salmağa imkan verir.

Siri səsli mobil köməkçisindən kənar proqram tərtibatçılarının istifadə edə bilməsi də platformanın funksionallığını xeyli genişləndirir. Siri-nin yeni imkanları kimi Apple nümayəndələri WeChat messenceri ilə məlumatın göndərilməsini nümayiş etdiriblər.



Həm macOS-dan, həm də mobil sistemin proqram tərtibatçıları üçün yeni versiyasından iyunun 13-dən etibarən istifadə mümkün olacaq. macOS-un ümumi beta versiyasının iyulda, final versiyasının sentyabrda təqdim olunması nəzərdə tutulur. iOS 10 əməliyyat sistemini iPhone 5 modelindən başlayaraq Apple şirkətinin bütün smartfonları dəstəkləyəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.