Apple-nin mobil əməliyyat sistemi iOS 8.3 yenilənməsini istifadəçilərə təqdim edib.
Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, bir çox mobil əməliyyat sistemində olduğu kimi Apple tərəfindən inkişaf etdirilən iPhone və iPad modellərinə də istifadə üçün iOS əməliyyat sistemi yenilənib.
Bir müddətdir Beta olan iOS 8.3 rəsmi olaraq istifadəyə verilib. Yeniləmənin əvvəlki versiyalardan əhəmiyyətli fərqi isə Apple-nin səsli assistenti bu günə qədər yalnız müəyyən dillərdə edilən danışmalara cavab verə bilirdisə indi bu dillər arasına türk dili də əlavə olundu. iOS 8.3 ilə bu yeni xüsusiyyət Beta versiyasından etibarən mövcud olub. Yekun halı ortaya çıxan və istifadəçilər tərəfindən yüklənə bilən iOS 8.3 mobil cihazın müəyyən hissəsindən ya da iTunes üzərindən yüklənmə mümkündür. Yenilənməylə artıq əməliyyat sistemində 300 fərqli Emoji (üz ifadəsi ) istifadə edilə biləcək.
Ayrıca bəzi kiçik düzəlişlər də ehtiva edən yeniləmənin ölçüsü iOS 6 Plus üçün təxminən olaraq 1.7 GB-dır.
Həmçinin iOS 8.3-ü yükləmiş AzKeyboard istifadəçiləri "az" yazaraq bayrağımızın emojisini seçə bilər.
https://itunes.apple.com/az/app/azkeyboard/id927438721
Bənzər bir Beta müddətində olan Apple-nin kompüterlərində istifadə etdiyi OS X Yosemite 10.10.3 -ə yeniləndi. Bu yeniləmənin ən əhəmiyyətli xüsusiyyəti isə yeni nəsil fotoşəkil proqramı Photoshop-u ehtiva etməsidir. Təxminən 2 GB yer tutan yeni yeniləmə də kompüterin parametrləri qisimindən yüklənə bilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri