43 milyon iPhone istifadəçisi iOS 11-i quraşdıra bilməyəcək

13-04-2017 / 17:04

iOS 11 əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklərə görə əksər iPhone istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq.

Xeberler.az NRYTN-in elektron xəbər ximətinə istinadən məlumat verir k,  bununla əlaqədar olaraq Apple şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq, iPhone smartfonlarının çoxu yalnız iOS 10 sistemini dəstəkləyəcək.

Mütəxəssislərin məlumatına görə, əməliyyat sisteminin yeni versiyası müasir, daha təkmil qurğular üçün nəzərdə tutulub.

32 giqabaytlıq qurğuların dəstəklənməsi yenilənmiş iOS sistemində də istisna edilməyən səhvlərə səbəb ola bilər.

Yenilənmiş proqram təminatı əldə etmək istəyən istifadəçilərə Apple şirkətinin iOS 11 sisteminə uyğunlaşdırılan yeni smartfon modellərini almaq tövsiyə olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə