Apple şirkəti iOS əməliyyat sisteminin versiyalarının populyarlığını əks etdirən statistikanı təqdim edib. Statistikaya görə, hazırda iOS 8 platforması Apple qurğularının 87 faizində quraşdırılıb ki, bu da bir ay əvvəldən 1 faiz bənd çoxdur.
Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, iOS 7 versiyası şirkətin qurğularının 12 faizinin proqram əsasını təşkil edir. İndiyədək daha köhnə əməliyyat sistemlərindən aktiv iOS qurğu sahiblərinin 2 faizi istifadə edir.
Sentyabrda iOS 9 sisteminin son versiyasının təqdim olunacağı gözlənilir. Platformanın iOS 8 sisteminin dəstəkləndiyi bütün qurğularda işləyəcək. Bu isə o deməkdir ki, bütün iPhone və iPad modelləri, o cümlədən iPhone 4S və iPad 2 yenilənəcək. Apple nümayəndələri bildirib ki, platformanın yaddaş tutumu 1,3 giqabayt təşkil edəcək. iOS 9 sisteminin idarəetməsi ilə işləyən qurğunun iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri