ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019 / 14:27

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi,  Dövlət Reklam Agentliyi və “Azəriqaz” İB-nin “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Vətəndaşlar və hüquqi şəxslər “ASAN ödəniş” sistemi vasitəsi ilə Milli Arxiv İdarəsi üzrə rüsum ödənişlərini, Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini, “Azəriqaz” İB üzrə isə təbii qazdan istifadəyə görə kommunal xidmət haqqı ödənişlərini həyata keçirə bilərlər.

Müvafiq ödənişləri www.e-gov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10 000-dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.