Previous Next
Bağla

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019 15:42
96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanına uyğun olaraq Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edilib. Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələri üçün rüsumları, iddiaların predmetinə dair 3-cü şəxslərin işə qoşulması - Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə rüsumlar və digər bu kimi ən çox edilən ödənişləri heç yerə getmədən, vaxta qənaət edərək kompüter arxasından həyata keçirmək imkanına malikdirlər.

Bakı şəhəri və rayon məhkəmələrinə, inzibati-iqtisadi, ağır cinayətlər, apellyasiya məhkəmələrinə, həmçinin Ali Məhkəməyə müraciətlər zamanı dövlət rüsumlarının ödənilməsinin çoxfunksiyalı “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi istiqamətində işlər müvəffəqiyyətlə başa çatdırılıb.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 442-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri  www.asanpay.az  ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018

Koronavirusla Mübarizəyə Dəstək Fondu ASAN ödəniş sistemində

25-03-2020

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

30-09-2020

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

Ekspert qurumların ASAN Ödəniş sisteminə inteqrasiyasından danışdı

01-02-2019

"Asan Pay" fəaliyyətə başlayıb

09-01-2015

ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

11-06-2019

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə” dəyişib

22-05-2025

ASAN ödəniş sisteminə daha bir dövlət qurumu qoşuldu

26-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə