Previous Next
Bağla

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019 12:02
İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.

Xeberler.az bildirir ki, bundan sonra ipoteka və kreditlərlə bağlı standart aylıq ödəniş, müddətin qısaldılması ilə aylıq ödənişin saxlanılıması üçün əlavə ödəniş, müddətin saxlanılması ilə aylıq ödənişin azaldılması üçün əlavə ödəniş, kreditin bağlanılması üçün tam ödəniş, zəmanət haqqı, əmlak sığortası ödənişi, həyat sığortası üzrə ödəniş, əmlak sığortası üzrə əlavə ödəniş, fərdi qəza (həyat) üzrə əlavə ödəniş, aylıq kirayə ödənişi və borcun bağlanılması üçün tam ödəniş kimi ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə ödəmək mümküdür.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 9 hüquqi şəxs və 2 özəl təşkilat olmaqla, 223 qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 570 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, Elektron hökumət portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019

Koronavirusla Mübarizəyə Dəstək Fondu ASAN ödəniş sistemində

25-03-2020

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

30-09-2020

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018

ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

"Asan Pay" fəaliyyətə başlayıb

09-01-2015

Ekspert qurumların ASAN Ödəniş sisteminə inteqrasiyasından danışdı

01-02-2019

ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

11-06-2019

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015

Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında

08-11-2016

ExpressPay ödəniş terminallarında Azercell üzrə ödəmələr əlavə olunub

08-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə