ASAN xidmət yeni elektron portal yaradır

07-12-2017 / 14:41

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan  Quba “ASAN həyat” kompleksinin açılışı olub. Açılış mərasimində Prezidenti İlham Əliyev və  Mehriban Əliyeva da iştirak edib.

Xeberler.az-ın məlumatına görə, dövlət başçısın yeni İT layihələr barədə məlumat verilib.

Qeyd edilib ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün isə “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.

Bundan başqa, Ready 2.0 avadanlığı barədə də geniş məlumat verilib.

Vurğulanıb ki, ASAN xidmət mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır.

Bildirilib ki, ASAN viza 2.0 sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.

Diqqətə çatdırılıb ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verilib.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.