Avropa Komissiyası vahid rəqəmli bazar strategiyasını təqdim edib

08-05-2015 / 13:38

Avropa Komissiyası internet sahəsini və onun infrastrukturunu tənzimləyən qaydaların uyğunlaşdırılmasına yönələn vahid rəqəmli xidmətlər bazarı strategiyasını təqdim edib.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat  verir ki, Avropa Komissiyası nümayəndələrinin fikrincə, Avropa İttifaqı (Aİ) ölkələrində yeni iş yerlərinin yaradılması və iqtisadi artım üçün həyatın və biznesin bütün sahələrində rəqəmli texnologiyaların tətbiqinə ehtiyac duyulur.

Komissiyanın vahid rəqəmli bazar üzrə sədr müavini Andryus Ansipin sözlərinə görə, bu təşəbbüsün reallaşması üçün üç vəzifəni yerinə yetirmək lazımdır.

Birincisi, mövcud transsərhəd maneələri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar komissiya istifadəçi hüquqlarının qorunmasına əməl etmək, xidmətlər üçün qiymətlərin şəffaflığını təmin etmək, rəqabət üçün şəraitin yaradılmasına dəstək vermək, müəllif hüquqları sahəsində qaydaları modernləşdirmək məqsədilə kompleks tədbirlər təklif edəcək.

Layihənin ikinci tərkib hissəsi bütün Avropa məkanında effektiv fəaliyyət göstərəcək yüksəkkeyfiyyətli rəqəmli infrastrukturun yaradılması olacaq. 

Sədr müavini üçüncü prinsipi kimi sənaye sahəsində rəqəmli texnologiyaların tətbiqini qeyd edib.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker təşəbbüsü bəyənərək onun Avropanın rəqəmli gələcəyi üçün əsas olduğunu bildirib.

“Mən qitə üzrə sərhədləri dəf edən ümumi telekommunikasiya şəbəkəsi və rəqəmli xidmətlər görmək istəyirəm. Arzum budur ki, bütün istifadəçilər ən yaxşı təkliflər alsın və biznes Avropada harada olmasından asılı olmayaraq geniş bazara çıxmaq imkanı əldə etsin”, - komissiya sədri vurğulayıb.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.