Avropa Komissiyası tərəfindən Estoniyanın Tallin şəhərində “Rəqəmli İqtisadiyyat” üzrə ikinci nazirlər toplantısı keçirilib. Toplantı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutub.
Tədbirdə Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, Azərbaycanı bu tədbirdə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazir müavini ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın əlaqələndiricisi olduğu “ICT innovation & startup ecosystems” istiqaməti üzrə görülmüş işlər barədə məlumat verib.
İkinci nazirlər toplantısının sonunda rəqəmli iqtisadiyyat üzrə Bəyannamə oxunub.
Bəyannamədə 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görüləcək əsas işlər vurğulanıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri