“Azərbaycan nəşrləri” kataloqunun növbəti sayı işıq üzü görüb

05-05-2009 / 13:46

“Azərbaycan nəşrləri” kataloqunun növbəti sayı işıq üzü görüb. Kitab Klubundan  verilən məlumata əsasən kataloqun bu nömrəsi 52 səhifədən ibarətdir və 3000 tirajla çap olunub

Kataloq Azərbaycanın bir çox rayonuna, Bakı şəhərində bütün nəşriyyatlara, fondlara, institutlara, kitabxanalara, müəlliflərə, xarici ölkələrdən İsveçə, Almaniyaya, ABŞ-a, Fransaya, İtaliyaya, Rusiyaya, İrana, Türkiyəyə, Estoniyaya, Gürcüstana və digər ölkələrə göndərilir.

 Burada son bir neçə ildə respublikada işıq üzü görmüş kitablar haqqında dolğun məlumat verilir. Kataloqun bu nömrəsinə 600-dən çox kitab haqqında məlumat yerləşdirilib. Jurnal-kataloqda yeni çap olunmuş kitab haqqında məlumatın yerləşdirilməsi tamamilə pulsuzdur. Kitab kataloqunda istənilən adam öz kitabı və ya firma öz təşkilatı haqqında reklam yerləşdirə bilər.

Jurnalda məlumatların yerləşməsi sxemi və sahələr üzrə rubrikaların mündəricatı verilir.Son səhifədə verilmiş ad göstəricisində kitabların adı əlifba sırası ilə verilir. Buradakı məlumatlar Azərbaycan, rus, ingilis və digər dillərdə Azərbaycanda, habelə xaricdə, ancaq Azərbaycana aid olan nəşrlər öz əksini tapır. Kataloqun təqdimat mərasimi mayın 7-də Kitab Klubunda keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Azərbaycan nəşrləri” rəngli jurnal-kataloqu ildə bir neçə dəfə nəşr edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə