Söz Azadlığını Müdafiə Fondu “Media kataloqu” hazırlayır

31-10-2009 / 10:16

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni kataloqunu kitabça şəklində çapa hazırlayır.

Fonddan APA-ya verilən məlumata görə, üç dildə - Azərbaycan, rus və ingilis dillərində olacaq kataloqun çapından öncə KİV-ə rəsmi qaydada müraciət olunacaq, onlar haqqında məlumatlar toplanacaq. Alınacaq məlumatlar sırasına qəzetin yaranma tarixi, baş redaktorları, tirajı və strukturu barədə informasiyalar daxildir. Kitabda yazılı media, internet media və elektron media qurumları barədə məlumatlar toplanacaq.

Məlumatlar kitab şəklində nəşr olunmaqla yanaşı, elektron formada SAMF-ın internet resursunda (http://azfreespeech.az/) yerləşdiriləcək. Bu da ölkə KİV-ləri barədə maraqlı məlumatların internet vasitəsilə bütün dünyaya çatdırılmasında, eləcə də KİV qurumlarının daha geniş şəkildə tanınmasında müstəsna rol oynayacaq. Kataloq-kitabçaların çap olunduqdan sonra KİV-lərə pulsuz paylanılması nəzərdə tutulur.

SAMF-ın kollektivi KİV qurumlarına mətbuat vasitəsilə də müraciət edərək, qarşılıqlı əməkdaşlıq təklif edib və özləri barədə məlumatların fonda çatdırılmasını gecikdirməməyi xahiş edib.

Qeyd ki, təşkilat 2004-cü ildən fəaliyyətdədir və indiyədək media problemlərinə aid bir sıra iri layihələri həyata keçirib. Fondun ilk icraçı direktoru isə tanınmış jurnalist Məmməd Nazimoğlu olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə