Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015 / 11:20

Azərbaycan nümayəndə heyəti mayın 8-də Moskvada keçiriləcək Regional Rabitə Birliyinin (RRB) iclaslarında təmsil olunacaq.
 
Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti RRB-nin rabitə administrasiyalarının 50-ci Rəhbərlər Şurasının birgə iclasında və  MDB ölkələrinin informasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 21-ci iclasında iştirak edəcək.

Tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafında MDB ölkələrinin tərəfdaşlıq strategiyasının yerinə yetirilməsi və s. məsələlər müzakirə olunacaq.
 
Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavələrin və dəyişikliklərin edilməsi daxil olmaqla bir sıra digər daxili məsələlər üzrə qərarlar qəbul ediləcək.
 
Tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin Böyük Vətən müharibəsinin  qalibiyyətinin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı nəzərdə tutulur.
 
Azərbaycan nümayəndə heyətinin tərkibinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov, şöbənin əməkdaşı Toğrul Hüseynov, İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov, şöbənin poçt sektorunun  rəhbəri Novruz Məmmədov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov, Beynəlxalq əlaqələr və hesablaşma mərkəzinin direktoru Cəlil Cəfərov daxildirlər.
 
İclaslarda Novruz Məmmədov Azərbaycanda poçt sektorunun inkişafı, Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzələrlə çıxış edəcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə