Previous Next
Bağla

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

04-05-2015 14:23
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

12-13 may tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçiriləcək.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, elektron hökumət quruculuğuna həsr olunan konfransa elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları qatılacaqlar.

Tədbirdə Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, konfrans Estoniyada keçirilən “İKT həftəsi” çərçivəsində təşkil olunur. Həftənin tədbirləri mayın 11-də baş tutacaq “Dövlət idarəçiliyi islahatları” seminarı ilə başlayacaq.

Beynəlxalq konfransda elektron idarəetmə strategiyasının planlaşdırılması; Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrində elektron idarəetmənin 15 illik təcrübəsi; mərkəzi elektron idarəçilikdə koordinasiya və əlaqələr; kibertəhlükəsizlik və elektron idarəçilik kimi mövzular müzakirə olunacaq. Konfransın əsas məruzəsi sırasına Estoniya prezidenti Toomas Hendrik İlvesin çıxışı da daxildir.

Nazir müavini E.Vəlizadənin mayın 11-də seminarın açılışında çıxışı, mayın 12-də konfransda “Əməkdaşlıq, əlaqələndirmə və kommunikasiya – biz e-İdarəçiliyi təşkil edə biləcəyikmi?” mövzusunda keçiriləcək müzakirə panelində məruzəçi kimi iştirakı və mayın 13-də konfransın bağlanış mərasimində çıxışı planlaşdırılıb.

Tədbirdə həmçinin Azərbaycanda e-hökumət formalaşdırılması təcrübəsi haqqında təqdimat da ediləcək.

Tədbir təşkilatçıları qeyd edirlər ki, elektron idarəetmə və açıq hökumət müasir dünyada ölkələrin əksəriyyətində məişət anlayışına çevrilib. Açıq Hökumət Tərəfdaşlığına bu gün dünyada 65 iştirakçı ölkə qoşulub. Bu ölkələrin hökumətləri öz üzərilərinə iddialı açıq hökumət islahatlarının həyata keçirilməsi və inkişafı məqsədi ilə vətəndaş cəmiyyəti ilə birlikdə işləmək öhdəliyini götürüblər. Eyni zamanda əməkdaşlığa qoşulan ölkələr şəffaflıq sahəsində innovativ islahatların aparılması, məsuliyyətlilik, həmçinin aparılan prosesə vətəndaşların cəlb edilməsi öhdəliyini də daşıyırlar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015

Azərbaycan İKT təcrübəsi yüksək qiymətləndirilib

14-05-2015

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

Azərbaycan Ümumdünya İnternet Konfransında təmsil olunur

16-11-2016

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

10-10-2012

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Asan İmza və Rəqəmsal Ticarət Qovşağı Estoniyadakı konfransda təqdim edildi

04-06-2018

3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək

30-11-2015

“Aktivlərin idarə edilməsi” mövzusunda konfrans keçirilib

14-12-2024

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

Estoniyada İnternet İdarəçiliyi üzrə beynəlxalq konfrans keçirilir-Foto

07-06-2017

Azərbaycan Moskvada İT-sərgidə iştirak edəcək

04-05-2011

Dövlət qulluqçuları xarici “Elektron hökumət” təcrübəsi ilə tanış olub

25-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə