Previous Next
Bağla

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb

08-05-2015 17:19
Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb

Bu gün Rusiya Federasiyasının Moskva şəhərində  Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci iclası keçirilir.

 Tədbir çərçivəsində RRB-yə üzv olan  ölkələrdə IPv6 protokolunun tətbiqi ilə bağlı plan və protokolun istifadəsi üzrə tövsiyələrin qəbul edilməsi, "ICANN" təşkilatının, "Cisco Systems", "HUAWEI" şirkətlərinin RRB-nin Rabitə Operatorları Şurasının tərkibinə daxil edilməsi müzakirə olunub.

RYTN-dən Xəbərlər-ə verilən məlumata görə, tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafı istiqamətində  MDB ölkələrinin əməkdaşlıq strategiyasının müəyyən edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavə və dəyişikliklər edilməsi üzrə qərarların qəbul edilməsi də iclasın iş planına daxil edilib.
 
Bundan başqa, iclas çərçivəsində RRB-nin 2016-cı il üçün Təftiş Komissiyasının tərkibinə Qazaxıstan Rabitə Administrasiyasından Tatyana Smaqulovanı, Azərbaycan Rabitə Administrasiyasından Zöhrab Yarəhmədovu, Özbəkistandan Mirzo Raximovu, Türkmənistandan Əzizməmməd Gədiməmmədovu və digər ölkələrdən nümayəndələrin qəbulu nəzərdə tutulur.
 
İclasın gedişatında ölkəmizin Regional Rabitə Birliyinin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub.

Azərbaycana belə bir mükafatın verilməsi üzrə qərar ölkəmizin  ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının  (BTİ) Busanda keçirilən Səlahiyyətli Konfransına hazırlıq çərçivəsində yüksək təşkilati və texniki işi ilə seçildiyinə, region ölkələri arasında beynəlxalq əməkdaşlığı əlaqələndirərək RRB-nin ümumi təkliflərini və RRB-yə üzv ölkələrin birgə mövqeyini  konfransın yekun sənədlərində əks etdirmək üçün göstərdiyi səylərə görə verilib.
 
Hazırda iclas işini davam etdirir.

Xatırladaq ki, Regional Rabitə Birliyinin iclaslarında Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirdə nazir Əli Abbasov  RRB-yə üzv ölkələrdə İKT sektorunun inkişaf perspektivləri üzrə məruzə ilə çıxış edib.
 
Tədbir çərçivəsində nazirliyin İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov "Azərbaycanda poçt sektorunun inkişafı", Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzə təqdim edib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015
Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017
MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

18-05-2021
Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

17-12-2009
Bakıda rabitə xidmətləri ilə bağlı regional seminar keçirilir

Bakıda rabitə xidmətləri ilə bağlı regional seminar keçirilir

04-05-2016
Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010
Bakıda RRB-nin tədbirləri keçiriləcək

Bakıda RRB-nin tədbirləri keçiriləcək

07-09-2010
 Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

13-12-2010
Azərbaycan rabitə şəbəkələrində dələduzluqla mübarizə məsələlərinin müzakirəsində iştirak edib

Azərbaycan rabitə şəbəkələrində dələduzluqla mübarizə məsələlərinin müzakirəsində iştirak edib

17-06-2021
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019
Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017
Azərbaycan Regional Rabitə Birliyinin iclasında təmsil olunacaq

Azərbaycan Regional Rabitə Birliyinin iclasında təmsil olunacaq

25-10-2015
Azərbaycan poçt sahəsi ilə bağlı beynəlxalq  tədbirdə iştirak edəcək

Azərbaycan poçt sahəsi ilə bağlı beynəlxalq tədbirdə iştirak edəcək

26-08-2015
Azərpoçt diplomla təltif edilib

Azərpoçt diplomla təltif edilib

23-07-2016
Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək

Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək

09-04-2013
Azərbaycan MDB-nin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının iclasında iştirak edib

Azərbaycan MDB-nin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının iclasında iştirak edib

30-09-2010
Əli Abbasov Rusiyada Nazirlər Toplantısında iştirak edəcək

Əli Abbasov Rusiyada Nazirlər Toplantısında iştirak edəcək

07-05-2015
Bakıda Regional Rabitə Birliyi komissiyalarının birgə iclası keçiriləcək

Bakıda Regional Rabitə Birliyi komissiyalarının birgə iclası keçiriləcək

03-09-2010
Azərbaycan Rabitə Administrasiyası WTSA-20-yə hazırlıq prosesini müzakirə edib

Azərbaycan Rabitə Administrasiyası WTSA-20-yə hazırlıq prosesini müzakirə edib

21-04-2020
Rominqlə bağlı ölkələrarası ekspert qrupu yaradıla bilər

Rominqlə bağlı ölkələrarası ekspert qrupu yaradıla bilər

04-12-2015
Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları  Şurasının 54-cü iclası keçirilib

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

04-12-2018
Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq

Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq

25-08-2015
Azərbaycan nümayəndəsi rabitə ilə bağlı Daşkənddə keçirilən tədbirlərdə iştirak edib

Azərbaycan nümayəndəsi rabitə ilə bağlı Daşkənddə keçirilən tədbirlərdə iştirak edib

17-11-2008
"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

24-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə