Azərbaycanda PayPal tam şəkildə işləyəcək?

15-12-2017 / 14:08

Məlum olduğu kimi, illərdir Azərbaycanda PayPal üzərindən ödənişlərin qəbulundakı əngəllər müzakirə edilir.

Belə ki, sektor nümayəndələri bu mövzuda öz narazılığını bildirir. Məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə rəsmi məktublar da ünvanlanıb.

Azərbaycanda PayPal  sistemi tam şəkildə funksiya göstərə bilər.

Xeberler.az bildirir ki, bu barədə "Texnologiyalar və innovasiyalar: iqtisadi islahatların və inkişafın perspektivləri" konfransında bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı müvafiq danışıqlar PayPal-ın Moskva ofisi ilə aparılır.

Məlumata görə, yaxın günlərdə PayPal-ın nümayəndələri Bakıya gələcək. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə