Previous Next
Bağla

PayPal ödənişlərin gələcəyini mobil qurğularda görür

15-07-2015 17:05
PayPal ödənişlərin gələcəyini mobil qurğularda görür

PayPal  elektron ödəniş sisteminin Britaniya üzrə mobil kommersiya bölməsinin direktoru Rob Harper Londonda keçirilən PayExpo konfransında ödənişlər bazarında tendensiyalar və mobil ödənişlərin sürətli artımından bəhs edib.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ödəniş sistemi nümayəndəsinin fikrincə, ödənişlərin gələcəyi mobil texnologiyalardan asılıdır.

O qeyd edib ki, həm dünya, həm də ödənişlər sahəsi mobil texnologiyalara doğru hərəkət edir. Sahənin iki inkişaf mərhələsi artıq başa çatıb. Bu, plastik kartlarla əvəzlənən qəbzlər və nağd pullardır. Onun sözlərinə görə, üçüncü mərhələ, heç şübhəsiz, mobil ödənişlər olacaq.

R.Happer buna səbəb kimi dünyada mobil qurğuların nüfuzetmə səviyyəsinin sürətlə artmasını qeyd edib. “18-34 yaşlı gənclər haqqında danışsaq, mobil qurğular onların həyatının ayrılmaz hissəsidir”, - o vurğulayıb.

Rəqəmli ödənişlərin nağd ödənişləri əvəz edə bilməsi ilə bağlı sualı müsbət cavablandıran bölmə direktoru bunu yeni statistik məlumatların sübut etməsini bildirib. “Böyük Britaniyada tarixdə ilk dəfə rəqəmli ödənişlərin həcmi nağd ödənişləri ötüb. Onların çoxu, əlbəttə, kredit və debet kartlar vasitəsilə həyata keçirilib. Lakin biz həmçinin istehlakçıların yeni texnologiyalardan istifadəyə hazır olmasını görürük”, - R.Happer əlavə edib.

O vurğulayıb ki, rəqəmli ödənişlər inkişaf etdikcə ödənişlərin təhlükəsizlik məsələləri daha da aktuallaşır. “Bunu biometrik texnologiyalar qismən həll edə bilər”, - PayPal təmsilçisi qeyd edib.

Xeberler.az

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınan qurğular ilə ödənişlərin illik həcmi artacaq

28-08-2015

Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

15-07-2015

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015

Yeni texnologiyalar nağd pulları əvəz edir

01-09-2015

Almaniya sakinləri mobil ödənişlərə etibar etmir

17-06-2015

“Visa”: “Mobil ödənişlər 2016-cı ilin əsas tendensiyası olacaq”

05-06-2015

Expressbank yeni elektron pul kisəsini təqdim edib

08-10-2015

Mobil ödənişlər bazarında artım gözlənilir

20-08-2015

Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015

Biometriya parolları əvəzləyəcək

06-10-2015

ExpressPay elektron pul kisəsini təqdim edib

01-09-2015

Avropada rəqəmli pul kisələrinə tələbat artıb

07-04-2016

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Yeni ödəniş portalı istifadəyə verilib

22-11-2015

Özbəkistanda nağd ödənişlər mərhələli şəkildə ləğv olunacaq

11-12-2025

Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

10-02-2020

ANİpay ilə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

23-06-2025

Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq

06-03-2019

PayPal və Google süni intellekti birgə inkişaf etdirməyi planlaşdırır

18-09-2025

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Bakı metrosunda ödəniş mobil tətbiqin QR kodu vasitəsilə mümkün olacaq

20-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə