Azərbaycanın ən yaxşı İT mütəxəssislərindən biri vəfat edib

14-11-2017 / 14:26

Azərbaycanın ən yaxşı  İT mütəxəssislərindən biri vəfat edib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanı proqramlaşdırma sahəsində bir sıra nüfuzlu, beynəlxalq olimpiada və müsabiqələrdə təmsil edən gənc proqramçı Faiq Babayev vəfat edib. 

Hazırda sosial mediada sektor nümayəndələri, mərhumun yaxınları mütəxəssisi itirdikləri üçün təəsssüf hisslərini paylaşaraq, ailəsi və yaxınlarına başsağlığı verir.

Qeyd edək ki, Faiq Babayev 2 ildir ki, Riqada Accenture şirkətində proqramçı vəzifəsində çalışırdı.

Accenture şirkətindəki yoldaşları da sosial şəbəkələr üzərindən Faiq Babayev barədə nekroloqlar yayımlayır.

Məlumatlara görə, uzun illərdir Faiq Babayev səhhətində olan problemdən əziyyət çəkirmiş. 30 yaşında vəfat edən Faiq Babayevin bir övladı var.

İT mütəxəssis xaricə getmədən öncə Azərbaycanda bir sıra dövlət və özəl qurumlarda çalışıb.

O, Qafqaz Universiteti Kompüter Mühəndilsiyi bölməsində bakalavr təhsili alıb və universitet birincisi olaraq bitirib.

O, 2009-2012-ci illərdə Qafqaz Universiteti Kompüter Elmləri bölməsində magistr təhsili alıb.

Faiq Babayev Azərbaycanı bir çox beynəlxalq olimpiada və müsabiqələrdə təmsil edərək, uğur qazanıb.

Xeberler.az komandası adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət etsin!

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə