Previous Next
Bağla

Ölüm vaxtını və səbəbini müəyyənləşdirən proqram hazırlanıb

22-12-2015 14:18
Ölüm vaxtını və səbəbini müəyyənləşdirən proqram hazırlanıb

Avstraliyanın Melburn və ABŞ-ın Vaşinqton universitetlərinin alimləri ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən mobil proqram hazırlayıblar.

Xeberler.az-ın məlumatına görə,  “BMC Medicine” jurnalında dərc edilən məqalədə alimlər izah edirlər ki, proqram vəfat edən şəxsin qohumlarının təqdim etdikləri məlumatlara əsaslanır.

Eyni zamanda, vəfat edənin məskunlaşdığı regionda daha geniş yayılmış xəstəliklərin təhlili aparılır.

Smartfon üçün proqram belə ailələrə xəstəliklə bağlı suallara cavabları, vəfat edənin həyat tərzini və yaşadığı yeri təhlil edərək ölümün təxmini vaxtını və səbəbini öyrənməyə imkan verəcək. Proqram, həmçinin fotoşəkilləri analiz edir. Texnologiya artıq Hindistan, Tanzaniya və Şri-Lanka kimi bir sıra ölkələrdə sınaqdan keçirilib. Proqramın dəqiqliyi 76 faizə yaxındır.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) araşdırmalarına görə, hazırda 180 ölkədə vətəndaşların ölüm səbəbləri ilə bağlı statistika aparılmır. Proqram müəlliflərinin sözlərinə görə, belə statistika ölkədə tibbi xidmətlərin səviyyəsini qiymətləndirmək və ölümə səbəb olan xəstəliklərin qarşısını almaq üçün böyük əhəmiyyətə malikdir.  

Qeyd edək ki, Azərbaycanda ölüm səbəblərinin statistikası Dövlət Statistika Komitəsi tərəfindən  ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlər əsasında hesablanır.

Məlumatların səbəblər üzrə kodlaşdırılması isə Ümumdünya Səhiyyə Təşkilatının X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

Xəstəlikləri aradan qaldıran robot hazırlanıb

18-07-2019

Kompüter oyunlarından asılılıq xəstəlikdir-Rəsmi

05-01-2018

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019

Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

29-09-2008

Depressiyanı müəyyən edən mobil proqram hazırlanıb

16-07-2019

Azərbaycanın ən yaxşı İT mütəxəssislərindən biri vəfat edib

14-11-2017

Xəstəliyi foto ilə tanımaq mümkün olacaq

22-11-2017

Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

16-02-2016

İdeal selfie üçün proqram hazırlanıb

03-08-2017

Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb

01-10-2021

Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

27-11-2015

“INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015

Sizcə o, vaxtını Facebookda yoxsa Youtubedə keçirir?

14-10-2010

Mobil proqram köhnə pivəni tanıyır

12-01-2017

Gözlə robotu idarə edən proqram təminatı hazırlanıb

27-10-2015

Ölülər smartfon vasitəsilə “diriləcək”

07-03-2017

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Azərbaycanda zərərli proqram təminatlarının sayı artıb

16-08-2017

Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

27-02-2026

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə