Previous Next
Bağla

Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası öz işinə başlayacaq

02-12-2009 18:52
Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası öz işinə başlayacaq

Sabah Bakıda öz işinə başlayacaq Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasında iştirak üçün 49 ölkədən 600-dən artıq yeniyetmə və onların müəllimləri müraciət edib. Bu barədə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin və Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinqin keçirdikləri birgə mətbuat konfransında məlumat verilib. İ. Babayev deyib ki, Olimpiada kimya, fizika və biologiya fənləri üzrə keçiriləcək: “Olimpiadanın təşkili ilə bağlı ölkə prezidentinin müvafiq sərəncamı olub. Bu məqsədlə iki komitə - təşkilat və elm komitələri yaradılıb. İndiyədək elm komitəsinin 30-dək iclası keçirilib. Sualların məxfiliyini saxlamaq üçün bütün tədbirlər görülüb. Azərbaycan üzrə Beynəlxalq Elm Olimpiadasına Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək”.

İ. Babayevin sözlərinə görə, sabah Olimpiadanın açılış mərasimindən sonra bütün ölkələrdən gələn müəllimlərin iştirakı ilə qapalı şəraitdə sualların müzakirəsi aparılacaq: “Bu addım ona görə atılır ki, sualların qoyuluşu bütün ölkələr tərəfindən qəbul edilsin. Bundan sonra müxtəlif ölkələrdən olan müəllimlər və tələbələr bir-birlərindən izolyasiya olunacaqlar. Sualların hazırlanmasında iştirak edən alimlərin hamısı ingilisdillidir. Komandaların istəyinə görə suallar tərcümə olunaraq verilə bilər”.

Nazir müavini iştirakçıları müşayiət etmək üçün ingilis dilini bilən 100-ə yaxın könüllüdən ibarət tələbə qrupları yaradıldığını açıqlayıb. Olimpiadada qiymətləndirmə elm komitəsi tərəfindən aparılacaq. Olimpiada zamanı həm testlər, həm sınaqlar təqdim olunacaq. Sınaqlar zamanı istifadə olunan maye Azərbaycanın milli brendləri olan feyxoa və nar şirələrindən hazırlanacaq. Hər fənn üzrə 30 sual veriləcək. Azərbaycanı 15 şagird təmsil edəcək. Onlar müxtəlif təhsil ocaqlarından test üsulu ilə seçilib.

İ. Babayev Azərbaycanın 2004-cü ildən keçirilən beynəlxalq elm olimpiadalarının hamısında iştirak etdiyini söyləyib. Son iki olimpiadada Azərbaycan komandası 6 bürünc medal qazanıb. Nazir müavini bəyan edib ki, Azərbaycan komandası Olimpiadada yüksək yerlər tutarsa, həmin şəxslərin ali məktəblərə imtahandan kənar qəbul edilməsi məsələsi gündəmə gələcək: “Biz artıq bununla bağlı müzakirə aparırıq. Bu, beynəlxalq əhəmiyyətli tədbirdir. Çalışacağıq ki, Olimpiadada qalib gəlmiş şəxslərin imtahandan kənar ali məktəblərə qəbul olunmasını təmin edək”.

Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq isə bildirib ki, Azərbaycan Beynəlxalq Elm Olimpiadasına sahiblik edəcək ilk Avropa ölkəsidir. Bundan əvvəlki olimpiadalar İndoneziya, Braziliya, Tayvan və Cənubi Koreyada keçirilib. Gələn il olimpiadanın Nigeriyada, 2011-ci ildə isə Hollandiyada keçiriləcəyi gözlənilir. Bununla da Beynəlxalq Elm Olimpiadası bütün qitələri əhatə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başlayacaq

26-11-2009

Azərbaycan Beynəlxalq Elm Olimpiadasında iki gümüş və yeddi bürünc medal qazanıb

10-12-2009

VI Beynəlxalq Elm Olimpiadasında iştirak edən şagirdlər test imtahanı veriblər

07-12-2009

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

Süni intellekt Olimpiadada tapşırıqları həll edəcək

13-09-2019

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans keçiriləcək

25-06-2010

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

Beynəlxalq İnformatika Olimpiadası gələn il Bakıda keçirilə bilər

30-07-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə