Previous Next
Bağla

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021 12:29
ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın  iştirakını dəstəkləyib

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi Sinqapurda keçirilən 33-cü Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən komandamızın bu mötəbər tədbirdə iştirakına təşkilati dəstək göstərib.

Olimpiada 19-25 iyun tarixlərində onlayn rejimdə keçirilib.

Ölkəmizi təmsil edən “Azərbaycan komandası”nın üzvləri sırasında Əziz Hüseynov, Səid Nəsibov, Emin Orucov və Amin Cəlilov yer alıb. Rəşad Məmmədov komandanın lideri, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri İbrahim Tağızadə və Hüseyn Hacıyev isə müvafiq olaraq komanda liderinin müavini və köməkçisi seçiliblər.

Tədbirin açılış mərasimində çıxış edən sözügedən fakültənin dekanı və Olimpiada Beynəlxalq Komitəsinin üzvü Araz Yusubov tədbir iştirakçılarını Azərbaycandan virtual olaraq salamlayıb. O, 88 komandanı təmsil edən 350-dən çox informatika həvəskarına uğurlar arzulayıb.

Tədbir çərçivəsində hər il keçirilən elmi-praktik konfransda bu il həmin fakültənin baş müəllimi Cəmaləddin Həsənov təqdimat edib. İnformatika sahəsində gələcəyin peşəkarlarını bir araya gətirən Olimpiadada 30 iştirakçı qızıl medal qazanıb. Azərbaycan komandası isə 2 bürünc medal əldə edib. Bundan əlavə, Araz Yusubov bütün nümayəndə heyətinin ümumi səsverməsində səs çoxluğu ilə Beynəlxalq Komitəyə 3 illik üzv seçilib.

“IOI” (Beynəlxalq İnformatika Olimpiadası) hər il keçirilən beynəlxalq səviyyəli elm
olimpiadalarından biridir. İntellektual yarışın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə 2019-cu ildə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının təşkilində ADA Universiteti yaxından iştirak edib. Həmin ildən etibarən Universitet, Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına da ev sahibliyi etməyə başlayıb.

Qalib komandaların siyahısı ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/3hoKJXf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanlı təmsilçilər bürünc medal qazanıb

28-06-2021

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

13-cü IOI konfransı keçirilib

06-08-2019

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019

İnformatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub

24-12-2018

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Beynəlxalq İnformatika Olimpiadasının poçt markaları buraxılıb

15-08-2019

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə