Azərbaycanın mobil operatoru 4G şəbəkəsini işə salır

05-05-2015 / 13:39

Azərbaycanın mobil operatoru Bakcell şirkəti LTE 4G şəbəkəsinin kommersiya istismarına buraxıldığını bildirib.

Bu barədə şirkətin rəhbəri Riçard Şirer 4G şəbəkəsinin işə salınmasına həsr olunan mətbuat konfransında bildirib.

Bakcell həmçinin şəbəkə istifadəçiləri üçün 3 yeni paket təqdim edib.

Mətbuat konfransında qeyd edilib ki, smartfon istifadəçiləri üçün 3 qiqabayt trafikli paketin qiyməti 10 manat təşkil edir: "Portativ kompyuterlər üçün 45 qiqabaytlıq paket 60 manat təşkil edəcək. Bu paketin istifadəçilərinə həmçinin pulsuz 4G modem təklif ediləcək. Planşet kompyuter istifadəçiləri üçün isə pulsuz 4G nömrəsi ilə 10 qiqabayt paket 15 manat dəyərində təklif ediləcək”. (trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə