Previous Next
Bağla

Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının sayını artırır

11-11-2015 20:52
Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının sayını artırır

Azərbaycanın mobil operatoru və mobil internet provayderi Bakcell şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell şirkəti Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur.

Bakcell şirkəti 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.

Bakcell şirkətinin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər.

Bakcell 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:

 

Ölkə

                          Operatorun adı

1

Belçika

Belgacom Proximus

2

Çex Respublikası

Vodafone

3

Fransa

SFR

4

Almaniya

Vodafone

5

Almaniya

T-Mobile

6

Yunanıstan

Vodafone Panafon

7

Honq Konq

Hong Kong Telecommunications (HKT) (CSL)

8

İrlandiya

Vodafone

9

İtaliya

Vodafone

10

İtaliya

TIM

11

Koreya

KT Corporation

12

Lüksemburq

Tango

13

Portuqaliya

Vodafone

14

Rumıniya

Vodafone

15

Rusiya

MTS

16

Rusiya

Megafon

17

Rusiya

Vimpelcom (Beeline)

18

Cənubi Afrika

Vodafone

19

Şri-Lanka

Dialog Axiata PLC

20

Yeni Zelandiya

Vodafone

21

İspaniya

Vodafone

22

İspaniya

Orange

23

Niderland

Vodafone

24

Niderland

KPN

25

Birləşmiş Krallıq

Vodafone

26

ABŞ

AT&T

27

ABŞ

T-Mobile

 Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı  artıq 32-yə çatıb.

Bakcell şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.

“Şəbəkəmizdə ən son texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərləri zamanı  istədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız Bakcell şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk  beşliyə daxil olan ölkələrin siyahısı:

Ölkə

İstifadəçilər

Rusiya

49.81%

Almaniya

7.80%

İtaliya

7.66%

Birləşmiş Krallıq

7.42%

Niderland

3.34%

 

Qeyd: Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.

Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.

Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, Bakcell orta hesabla 30 Mb/san həcmində  yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

10-08-2016

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

22-04-2011

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015

“Nar Mobile” yeni rouminq sazişləri imzalayıb

13-01-2009

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə