“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022 / 13:31

"Bakcell" şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib. İndi "Bakcell" abunəçiləri Şuşanın Cıdır düzü, "Qarabağ" oteli və "Şuşa" TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.

Xeberler.az məlumat verir ki, həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan "Bakcell" “Şuşa ili” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.

2021-ci ildə "Bakcell" şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.

"Bakcell" Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə