Azercell 10 AZN-ə 15 dəq rominq xidməti təklif edir

22-05-2015 / 17:09

Azercell Telekom MMC abunəçiləri üçün yay ayları boyunca hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir. Yay mövsümu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidməti çərçivəsində abunəçilərini sevindirməkdə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq Azercell-nin bütün fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində sərfəli rominq danışıq paketi əldə edə bilərlər.

Belə ki, danışıq paketini əldə etmək üçün abunəçi 8809 qısa nömrəsinə müvafiq açar sözünu yazıb göndərməlidi. 10 AZN ödəməklə 15 dəqiqə əldə edən abunəçi təqdim edilən dəqiqələrdən 30 təqvim günü ərzində istifadə edə bilər.

Abunəçi eyni zamanda 8809 qısa nömrəsinə STATUS sözünü yazıb göndərməklə, nömrədə paketin olub olmaması haqqında məlumat əldə edə bilər.

Eyni dövr ərzində abunəçi tərəfindən yeni Danışıq Paketi sifariş edildikdə, paketlərdən irəli gələn balanslar toplanılır və  ən son sifariş edilmiş paketin istifadə  müddəti ümumi balansdan vahid istifadə müddəti olaraq təyin edilir. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Azercell-in rominq xidməti çərçivəsində yeni Danışıq Paketi 40-dan çox operatorun şəbəkəsində tətbiq edilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.