Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən “Nar” yenilənmiş “Şərq” paketlərini təqdim edib.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə səyahət etdikdə, rominq xərclərini düşünmədən təəssüratlarını paylaşmaq və daim ünsiyyətdə qalmaq mümkündür.
“Şərq” təklifi iki paketdən ibarətdir: “Şərq-5” və “Şərq-15”. “Şərq-5” paketinə gələn zənglər üçün 5 dəqiqə, çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş olunan andan etibarən 3 gün təşkil edir. “Şərq-15” paketi isə gələn zənglər üçün 15 dəqiqə, çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafikindən ibarətdir. Paketin istifadə müddəti sifariş olunduğu andan 30 gündür.
“Şərq” paketlərindən birini hələ Azərbaycanda olarkən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatdıqda sifariş etmək olar. “Şərq-5” paketini sifariş etmək üçün +5 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#5#YES kodunu yığmaq, “Şərq-15” paketini sifariş etmək üçün isə +15 yazıb 777 qısa nömrəsinə SMS yollamaq və yaxud telefonun ekranında *777#15#YES kodunu yığmaq kifayətdir. Paketlərin sifariş sayına heç bir məhdudiyyət qoyulmur. Təklifdən BƏƏ-nin “DU” və ya “Etisalat” mobil operatorlarının şəbəkəsinə qoşulmuş öncədən və sonradan ödənişli bütün Nar abunəçiləri yararlana bilərlər.
Nar rominq xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri