Nar-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi

11-09-2018 / 15:54

Nar rominqdə olan abunəçilər üçün sərfəli təkliflər təqdim etməyə davam edir. Türkiyədə olan Nar abunəçiləri əla qiymətə təqdim olunan “Tətil” internet paketlərindən yararlana bilirlər.

Xeberler.az bildirir ki, bunun üçün, səfərə çıxarkən “Tətil” paketlərindən birini sifariş etmək kifayətdir. Abunəçilərin istəklərini nəzərə alan “Nar” rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES , 600 MB-lıq paket üçün isə *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri, ABŞ, İran, İsraildə də yararlanmaq
mümkündür.

Sifariş edilən paketin daxili internet balansını yoxlamaq üçün  *777#20#YES  kodunu yığmaq kifayətdir. “Tətil” paketlərinin istifadə müddəti 15 gündür. Nar.az saytına daxil olmaqla və ya Tətil yazıb 777 nömrəsinə SMS göndərməklə paketlər haqqında ətraflı məlumat əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə