Azercell abunəçilərini sevindirməyə davam edir

19-03-2019 / 12:27

Bu dəfə Azercell mart ayının 19-dan 31-dək hər yeni Fakturasız Xətt nömrə alan abunəçiyə şəbəkədaxili danışıqlar üçün pulsuz 500 dəqiqə hədiyyə təqdim edir.Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/welcomecamapaign/ səhifəsinə daxil olun. Şirkət bayramlarda ölkə xaricinə sayahət edən abunəçilərini də ututmayıb.

Xeberler.az  bildirir ki, Azercell rominq internet paketlərinin çalışdığı ölkələr siyahısını növbəti dəfə genişləndirərək, siyahıya BƏƏ və Çin ölkələrini də əlavə edib. Belə ki, artıq Azercell abunəçiləri 52 ölkədə 70-dən çox operatorun şəbəkəsində Rominq İnternet Paketlərindən istifadə etmə imkanına malikdirlər və siyahı daim yenilənir. Qeyd edək ki, Azercell istifadəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi.

Xatirladaq ki, hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə  Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər,.çünki rominq internet
paketləri həmin ölkələrdə bütün şəbəkər üçün etibarlıdır. Rominq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/  səhifəsinə daxil olun.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə