Azercell-dən daha bir eksklüziv mağaza

10-01-2018 / 16:42

Azercell yeni konsepsiyaya uyğun magazalarının sayını artırmaqda davam edir. Paytaxt və regionlarda yeni tipli eksklüziv mağazaların sayını genişləndirməyi planlaşdıran Azercell 9 yanvar tarixində Mərdəkanda yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib.

Xeberler.az bildirir ki, Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, 92 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.

Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur.

Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Mərdəkanda fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 10:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Mərdəkan Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

Azercell Telekom yaxın il boyu yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.