Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016 / 13:11

Bakcell  Ulduzum sadiqlik proqramının yeni tərəfdaşı Bank Silk Way bankını təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bundan sonra Ulduzum abunəçiləri pulsuz aviabiletlər əldə etmək imkanı yaradan Bank Silk Way Miles kartını aldıqları zaman 20% endirimdən faydalana biləcəklər.

Kartı Bank Silk Way-in Bakı şəhəri, Həsən Əliyev küç. 131A ünvanında yerləşən baş ofisindən əldə etmək olar. Kartı aldıqda 20% endirim əldə etmək üçün Ulduzum Premium abunəçisi 5555 qısa nömrəsinə SMS-lə “*” göndərməklə aldığı 4 rəqəmli şifrəni təqdim etməlidir.

“Ulduzum” proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.