Bakcell-dən Ramazana özəl pulsuz danışıq kampaniyası

23-06-2015 / 14:24

Bakcell şirkəti Ulduzum sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, Ulduzum proqramı çərçivəsində yeni Ramazan kampaniyası iyunun 18-dən başlayaraq 2015-ci il iyulun 16-na kimi davam edəcək. Bakcell abunəçiləri bu kampaniyada iştirak edən restoranlardan birində öz yaxınları ilə birgə İftar açmaqla yanaşı Bakcell abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.

Ramazan kampaniyası çərçivəsində Bakcell şirkəti Bakı şəhərində Mado, Özsüt, PitStop, Tarihi Sultan Ahmed Köfteçisi, Villa Pizza, Pakdad restoranları, Gəncədə isə Agüloğlu, Başkent, Elegance restoranları ilə əməkdaşlıq edir.

Bakı və Gəncə şəhərində olan Ulduzum abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.

Pulsuz dəqiqələri əldə etmək üçün Ulduzum abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə “İFTAR” açar sözünü göndərməlidirlər. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.

Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və Müqəddəs Ramazan Ayı çərçivəsində Ulduzum sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə