Previous Next
Bağla

Rixos otellərində Bakcell-dən endirimlər

12-04-2018 12:35
Rixos otellərində Bakcell-dən endirimlər

Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir.

Xeberler.az bildirir ki, tətil və məzuniyyətlərini xüsusi tərzdə fərqli bir məkanda keçirmək istəyən Bakcell abunəçiləri dünyanın hər yerində “Rixos” otellərindən böyük endirimlər əldə edə biləcəklər.

Xüsusi kampaniyanın şərtlərinə əsasən, Bakcell “Ulduzum” istifadəçiləri Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Rusiya, İsveçrə və Qazaxıstanda yerləşən Rixos və “Kingdom – The Land of Legends” otellərində və “Club Prive by Rixos” villalarında 20% endirimdən yararlanacaqlar. Bundan əlavə, istifadəçilər həmin otellərdə digər imtiyazlardan yararlanmaq imkanını qazanacaqlar.

Endirimlərdən yararlanmaq üçün müvafiq məkanı seçib “RIXOS” sözünü SMS vasitəsilə 5555 nömrəsinə göndərmək kifayətdir. Abunəçiyə cavab SMS-ində göndərilən promo kod rezervasiya zamanı www.rixos.com səhifəsində “PROMO CODE” bölməsinə daxil edilməlidir.

Təklif 2018-ci ilin 30 mart tarixindən 31 dekabr tarixinə qədər qüvvədə olacaq. Başqa endirimlər və ya xüsusi təkliflər qüvvədə olduqda və yaxud otellərin yerləşdiyi ölkələrin bəzi milli bayram günləri və özəl günlərdə bu kampaniyadan yararlanmaq mümkün olmaya bilər.

Təklif barədə daha ətraflı məlumatı www.ulduzum.az internet səhifəsindən əldə etmək olar.

2.7 milyon nəfərdən çox abunəçisi və 230-dan artıq tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin tərəfdaş etdiyi şirkətlərin müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

“Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, “Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016
Bakcell və Xalq Bank-dan minlərlə hədiyyə

Bakcell və Xalq Bank-dan minlərlə hədiyyə

29-03-2018
Ulduzum abunəçiləri üçün xüsusi endirim

Ulduzum abunəçiləri üçün xüsusi endirim

11-08-2017
Bakcell Azərpoçt-la yeni kampaniyaya başladı

Bakcell Azərpoçt-la yeni kampaniyaya başladı

06-09-2016
Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

28-12-2015
Bakcell-in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bakcell-in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

28-06-2019
 Bakcell-dən daha bir yenilik

Bakcell-dən daha bir yenilik

26-04-2017
Ulduzum endirimləri indi Türkiyədə

Ulduzum endirimləri indi Türkiyədə

25-06-2016
Ulduzum-un saytı yeniləndi

Ulduzum-un saytı yeniləndi

23-05-2017
Ulduzum-la xaricə səyahət lotereyasının qalibləri müəyyənləşdi

Ulduzum-la xaricə səyahət lotereyasının qalibləri müəyyənləşdi

29-08-2018
Bakcell Ulduzum partnyorunu xaricə səyahətlə mükafatlandırdı

Bakcell Ulduzum partnyorunu xaricə səyahətlə mükafatlandırdı

26-10-2018
Bakcell-dən Ramazana özəl pulsuz danışıq kampaniyası

Bakcell-dən Ramazana özəl pulsuz danışıq kampaniyası

23-06-2015
Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır

Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır

04-02-2019
 Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

19-01-2017
Bakcell beynəlxalq müsabiqədə qalib oldu

Bakcell beynəlxalq müsabiqədə qalib oldu

24-08-2015
Bakcell-in Ulduzum mobil tətbiqi yenilənib

Bakcell-in Ulduzum mobil tətbiqi yenilənib

27-08-2019
Bakcell-in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Bakcell-in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

27-12-2019
Abunəçilər Ulduzum tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

Abunəçilər Ulduzum tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

03-12-2018
“Bakcell”dən “Ulduzum” mobil tətbiqi

“Bakcell”dən “Ulduzum” mobil tətbiqi

29-05-2015
Bakcell mükafata layiq görülüb

Bakcell mükafata layiq görülüb

18-09-2015
Ulduzum abunəçiləri üçün Music Gallery-də bonuslar başladı

Ulduzum abunəçiləri üçün Music Gallery-də bonuslar başladı

07-01-2016
“Hesab.az” və “Ulduzum” əməkdaşlığı 2-QAT qazandırır!   

“Hesab.az” və “Ulduzum” əməkdaşlığı 2-QAT qazandırır!  

01-08-2022
“Hesab.az” ilə “Bakcell”-dən pulsuz internet qazan!

“Hesab.az” ilə “Bakcell”-dən pulsuz internet qazan!

03-10-2022
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya!

Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya!

15-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə