Bakcell-in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

28-06-2019 / 16:37

Xeberler.az bildirir ki, Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib. 

“Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə Bakcell abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir. 

Bakcell 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının “Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər. 

Bakcell şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir. 

Hər bir Bakcell abunəçisi “Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə