Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

13-10-2015 / 13:31

Azərbaycan Beynəlxalq Bankının kartlarında 3D Secure-dən istifadə asanlaşıb.

Bankdan Xeberler.az-a verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarına sahib olan müştərilərin 3D Secure texnologiyasından istifadə etməsi indi daha da asan oldu. Bank ödəniş kartlarının “3D Secure” sisteminə qoşulma prosedurlarını sadələşdirib.

3D Secure internetdə alış-veriş edən müştərilərin vəsaitlərini qorumaq üçün beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq olunan yüksək təhlükəsizlik texnologiyasıdır.

Əvvəl 3D Secure protokoluna qoşulmaqdan ötrü müştəri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından 3D parollarının siyahısını çap edib, daha sonra www.azericard.com saytında qeydiyyatdan keçməli idi. Amma daha buna ehtiyac yoxdur.

İndi Bankın SMS xəbərdarlıq xidmətinə qoşulmuş bütün ödəniş kartları avtomatik olaraq 3D Secure texnologiyasına da qoşulmuş sayılır. Beləliklə, SMS xəbərdarlıq xidmətinə qoşulan kart sahibi eyni zamanda iki imkan qazanır: həm kart hesabına daxil olan və çıxarılan vəsaitlər haqqında SMS-xəbərdarlıq alır, həm də İnternetdə alış-veriş zamanı hesabındakı vəsaitlərin maksimum təhlükəsizliyini təmin edir.

Bu xidmətə Azərbaycan Beynəlxalq Bankının bütün bankomatları vasitəsilə qoşulmaq olar.

36 filiala və 42 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.