Previous Next
Bağla

Azərbaycan Beynəlxalq Bankının IBAm və IBAnking xidmətlərinə yeni funksiyalar əlavə olundu

25-09-2018 12:02
Azərbaycan Beynəlxalq Bankının IBAm və IBAnking xidmətlərinə yeni funksiyalar əlavə olundu

İnnovativ bank olaraq rəqəmsal bankçılıq platformalarını daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsi və IBAnking internet bankçılıq sistemi istifadəçilərinə yeni imkanlar yaradıb. Müştərilər bu sistemə əlavə edilmiş funksiya və xidmətlərdən faydalana bilərlər.

Belə ki, indi IBAm və IBAnking vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq olar. Bundan başqa, adıçəkilən sistemlərə şifrənin dəyişdirilməsi funksiyası da əlavə olunub və ən əsası tətbiq olunan yeni şifrə siyasətinə əsasən şifrənin təyin olunması ilə bağlı bəzi simvol məhdudiyyətləri aradan götürülüb.

IBAm və IBAnking istifadəçiləri bütün bunlardan əlavə aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

  • Hesablar barədə məlumatın əldə edilməsi;
  • Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
  • Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
  • Kartların bloklaşdırılması və blokdan çıxarılması;
  • “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
  • Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
  • Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
  • Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
  • Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
  • Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm və IBAnking sistemlərinə qoşulma, onlardan istifadə tamamilə pulsuzdur. IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri: Google Play - https://play.google.com/store/apps/details id=iba.mobilbank App Store - https://itunes.apple.com/us/app/ibam-mobil bank/id1251456175?ls=1&mt=8 IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Məlumat üçün bildirək ki, bu hələ son deyil. Belə ki, Bank sözügedən xidmətlərin istifadəçilərini yeni funksiyalarla daha da sevindirməkdə davam edəcək. Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Bankdan İnternet Bank istifadəçilərinə yeni güzəşt

23-01-2019

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

Azərbaycan Beynəlxalq Bankı yeni xidmət istifadəyə verib

19-04-2019

Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

13-10-2015

ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət

25-02-2025

Xəbərlər.az İKT portalına yeni imkanlar əlavə olunub

30-03-2015

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi!

24-07-2024

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

22-10-2018

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9faizlə kredit al!

11-12-2024

ExpressPay ödəniş terminallarında Azercell üzrə ödəmələr əlavə olunub

08-04-2015

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025

ABB-nin ATM-lərində yenilik!

23-04-2024

AGBank Mobile Bank telefonunuzda

28-11-2016

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025

ABB-nin yeni süni intellekt köməkçiləri artıq hamıya əlçatandır!

10-03-2026

ABB Biz-lə sahibkarların işi yüngülləşir!

21-10-2024

ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

20-04-2026

ABB korporativ müştərilər üçün mühüm bir xidməti təqdim edib

20-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə