Previous Next
Bağla

İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

06-04-2023 12:56
İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

Günümüzdə internet müxtəlif məqsədlər üçün istifadə olunur. İnsanlar evlərini, iş yerlərini tərk etmədən alış-veriş edə və ya bank əməliyyatlarını internet üzərindən həyata keçirə bilirlər. Kredit kartlarının köməyi ilə etdiyiniz bu fəaliyyətlər zamanı dələduzluq halları ilə üzləşməyiniz qaçılmazdır.

Xeberler.az internetdə istifadə zamanı bank kartlarının təhlükəsizliyi baxımından vacib olan qaydaları təqdim edir.

Bank hesab məlumatlarınızın təhlükəsizliyinə görə müəyyən qaydalara əməl etmək vacibdir. Əvvəlcə kompüterinizdə brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olun. İctimai kompüterlərdən istifadə etdikdən sonra, brauzerləri bağlayın və yaxud daxil olduğunuz veb səhifələrdən çıxış edin. Bu, başqa bir istifadəçinin “geriyə düyməsini” basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır.

Həmçinin onlayn alış-veriş edərkən, etibarlı və nüfuzu olan mağazaların saytlarına müraciət edin. Alış-veriş etdiyiniz saytda məxfilik siyasətini oxuyun (əgər yoxdursa, bu, artıq mənfi haldır) və təhlükəsizlik vəziyyətinin hansı yerdə olduğunu müəyyənləşdirin. Onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərkən altı simvoldan çox olan mürəkkəb şifrələrdən istifadə edin və çalışın ki, hərflər və rəqəmlər fərqli yerlərdə olsun. Bundan əlavə, saytda olan bəzi təhlükəsizlik simvollarına nəzər yetirin. Brauzerin vəziyyət panelində kilid (padlock), URL-də “http” –dən sonra “s” və ya “Secure Sockets Layer” (SSL)-in olması vacibdir.

Şəxsi hesab məlumatlarınızı (kartınızın parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməyin və ya göndərməyin. Tanımadığınız şəxslərə və ya şirkətlərə öz hesab kartınızın məlumatlarını göndərməyin. Məlumdur ki, məhşur e-poçt fırıldaqçılıq formalarından biri “ fişinqdir”. Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə, şəxsi məlumatlarınız oğurlanmış olur.

Xəbərdarlıq mesajı xidmətindən istifadə edin. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək. Kredit kartınızın parolunu və nömrəsini isə elektron poçt hesabınızda və yaxud kompüterdəki fayllarda saxlamayın.

Banklara gəldikdə isə, istər yerli, istərsə də digər banklar mütləq şəkildə müasir texnologiyalaşdırılmış avadanlıqlardan istifadə etməlidir. Banklar öz müştərilərini təhlükəsizlik üçün mesaj formasında və yaxud öz sayt reklamlarında mütləq məlumatlar ötürməklə maarifləndirməlidir. Bu cür problem yaşandıqda bankın öz nüfuzuna xələl gəlmiş olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Twitter-dən təhlükəsiz istifadə qaydaları

Twitter-dən təhlükəsiz istifadə qaydaları

17-04-2023
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018
DİN-dən çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

DİN-dən çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

25-04-2025
DİN kibertalamalarla bağlı növbəti dəfə çağırış edib

DİN kibertalamalarla bağlı növbəti dəfə çağırış edib

10-10-2025
Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

13-10-2015
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016
Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

15-04-2019
DİN: Saxta kampaniyalara aldanmayın!

DİN: Saxta kampaniyalara aldanmayın!

25-12-2025
Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

07-03-2019
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
DİN: “Bank hesabınıza müdaxilə” zənglərinə aldanmayın

DİN: “Bank hesabınıza müdaxilə” zənglərinə aldanmayın

04-04-2025
Sosial mediada ADY adından saxta səhifələr açılır

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024
Dələduzlardan qorunmağın 12 yolu

Dələduzlardan qorunmağın 12 yolu

09-04-2025
İnternet mağazalar fırıldağa əl atır?

İnternet mağazalar fırıldağa əl atır?

25-10-2010
"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

24-10-2024
DİN: Şübhəli zənglərə və keçidlərə aldanmayın

DİN: Şübhəli zənglərə və keçidlərə aldanmayın

29-10-2025
Hesab.az-da Masterpassla bir toxunuşla ödəniş edin

Hesab.az-da Masterpassla bir toxunuşla ödəniş edin

19-11-2019
Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

01-09-2021
Əhali alış-veriş zamanı ödənişi barmaq izlərinin köməyilə edəcək

Əhali alış-veriş zamanı ödənişi barmaq izlərinin köməyilə edəcək

31-10-2016
Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015
Xalqbank-ın plastik kartları Hesab.az-da

Xalqbank-ın plastik kartları Hesab.az-da

14-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə